Yumor

Yumor — həyatdakı gülünc, komik hadisələri, insanların zəif cəhətlərini və nöqsanlarını əks etdirən, gülüş doğuran əsərlər; ədəbiyyatda tərbiyəvi əhəmiyyət daşıyan tənqidi gülüşün bir növü[1].

Yumor gülüş və onu doğuran obrazdır, müəllifin hadisə və faktlara ironiyaya nisbətən daha sərt münasibətidir. Lakin yumor da hələ inkarçı və rəqib gülüşü deyil, daha çox məişət və yoldaş gülüşüdür. Ona görə bir çox hallarda ironiya ilə yumorun sərhədi mübahisəli olur. Yumora dost gülüşü də deyilir və qəzetlərdəki satirik səhifələrdə xüsusi rubrika kimi aparılır. Yumorun mühüm formalarından biri lətifələrdir. Bəzi qəzetlər müəllif yaradıcılığı olan lətifələri də yumor rubrikası ilə dərc edirlər. Şifahi xalq ədəbiyyatında xalq yumorundan geniş istifadə edilir. Tapmacalarda, el deyimlərində yumor mühüm yer tutur. Molla Nəsrəddinin lətifələri Azərbaycan xalqı içərisində geniş yayılmışdır. “Molla Nəsrəddin” jurnalı xalq yumoru ənənələrindən geniş istifadə etmişdir.[2]

  1. Azərbaycan ədəbiyyarı[ölü keçid]
  2. "Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. Bakı:Mütərcim, 2008. s. 259" (PDF). 2021-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-11-08.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search